Məğlubiyyətin əsas günahkarlarının adlarını çəkinmədən “Sportinfo”ya söylədi!

20:40 Milli komanda 226
Məğlubiyyətin əsas günahkarlarının adlarını çəkinmədən “Sportinfo”ya söylədi!

“Azərbaycan millisinə bir qol lazım idi, onu da vurmağı bacardılar”.

Bu sözləri Sportinfo.az- açıqlamasında Litva millisinin qapıçısı Tomas Şvedkauskas deyib.

Oktyabrın 4-də Bakıda keçirilən Azərbaycan–Litva qarşılaşması millimizin 1:0 hesablı qələbəsi ilə başa çatdı. Bununla da Azərbaycan yığması 5 xalla qrup liderliyinə yüksəldi.

Halbuki bu görüşdə mümkün xal itkisi millimizin qrup liderliyi şansını ciddi şəkildə təhlükə altına salacaqdı, litvalıların yolunu açacaqdı.

Şvedkauskas məğlubiyyətin əsas səbəbini özlərində gördüyünü gizlətməyib:

“Azərbaycan millisi qol vurandan sonra tamamilə geri çəkildi və əks-hücumlarda oynamağa başladı. Bəli, onların da bir neçə epizodu var idi.

Lakin düşünürəm ki, üstünlük tamamilə bizim tərəfimizdə idi. Böyük üstünlük qazandıq, saysız-hesabsız qol epizodları yaratdıq.

Ancaq son ötürmələrdə və son zərbələrdə dəqiqlik çatadı. Belə oyunlarda sakitliyi qorumağı bacarmalıyıq.

Fikrimcə, daha dəqiq oynamalı idik. Həyəcanı və təzyiqi bir kənara qoyub son ötürmələrdə dəqiq davranmaq lazım idi.

Azərbaycanın müdafiəsini yarmaqda həqiqətən çətinlik çəkdik. Bu məğlubiyyətdən sonra işimizi bir qədər çətinləşdirdik.

Fikrimcə, sonuncu tur hər şeyə aydınlıq gətirəcək. Artıq taleyimiz öz əlimizdə deyil. Lixtenşteyn–Azərbaycan oyunu həlledici olacaq”.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti