Ronaldo Ərəbistan klubuna qayıtdı, məşqlərə başladı

00:20 Dünya futbolu 147
Ronaldo Ərəbistan klubuna qayıtdı, məşqlərə başladı

Kriştiano Ronaldo “Əl-Nəsr”d' məşqlərə qayıdıb.

Sportinfo.az xəbər verir ki, Səudiyyə Ərəbistanı klubunun sosial şəbəkə hesabında yayılan məlumatda portuqaliyalı hücumçunun komandanın məşqində iştirak etdiyi bildirilib:

“Komandanın məşqində Kriştiano Ronaldo da iştirak etdi. “7 nömrə” iş başına qayıtdı”.

Ronaldo Portuqaliya millisinin düşərgəsini qalmaqallı şəkildə tərk edib. Hücumçunu baş məşqçi Jorje Jesusun milli komandada onun oyun vaxtını ciddi şəkildə məhdudlaşdırması qane etməyib.

41 yaşlı futbolçu bu mövsüm Səudiyyə Ərəbistanı çempionatında 6 oyunda 3 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
6 Oktyabr 18:10 Çək və bizə göndər!
6 Oktyabr 03:50 FIDE prezidenti Bakıdadır