Argentina millisinin hücumçusu Lionel Messi yığma komandadakı vida matçı öncəsi məşqdən fotolar paylaşıb.
Sportinfo.az xəbər verir ki, 39 yaşlı futbolçu Argentina millisinin Benin yığması ilə keçirəcəyi qarşılaşma öncəsi məşqdən bir neçə şəkli sosial şəbəkə hesabında yayımlayıb.
Messi paylaşımına “Darıxacağım xüsusi anlar” sözlərini yazıb.
Argentina və Benin milliləri arasında yoxlama matçı Buenos-Ayresdə keçiriləcək. Qarşılaşma oktyabrın 7-də, saat 03:00-da start götürəcək.

