Azərbaycanlı futbolçuya heç kimin gözləmədiyi təklif gəldi

12 Yanvar 2020 18:37 Şamaxı 2 880
Azərbaycanlı futbolçuya heç kimin gözləmədiyi təklif gəldi

Yenicə "Kayserispor"un sükanı arxasına keçən Robert Prosineçki gözlənilməz təklif irəli sürüb.

"Keşlə"dən Sportinfo.az-a daxil olan məlumata görə, Super Liqa klubunun çalışdırıcısı Əfran İsmayılova dəvət göndərib.

Xorvatiyalı mütəxəssis yarımmüdafiəçiyə "Kayserispor"la 6 aylıq müqavilə bağlamağı təklif edib. 32 yaşlı futbolçu bu dəvəti gözləmədiyindən, keçidin baş tutub-tutmayacağı qarşıdakı günlərdə məlum olacaq.

İsmayılov Prosineçkinin ən sevimli oyunçularındandır. O, millimizi çalışdırdığı vaxt (2015-2018) Əfranı həmişə fərqləndirib.

Prosineçkinin ondan qabaq Kamran Ağayevi "Kayserispor"a istədiyi bəllidir. Xorvatiyalı yığmamızın qapıçısının 7 aydan artıqdır klubsuz qalmasını öyrənincə, üzünü İsmayılova çevirib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı