SOCAR və AFFA "Şamaxı"nı yeni mövsümdə kimə tapşırdı?

17 May 2022 13:00 Şamaxı 2 691
SOCAR və AFFA "Şamaxı"nı yeni mövsümdə kimə tapşırdı?

«Şamaxı»nın yeni mövsümə kimin rəhbərliyi ilə başlayacağı bəlli olub.

Klub 2017-ci ildə görəvə gəlmiş Zaur Axundovun nəzarətində saxlanılıb.

Bölgə təmsilçisinin funksionerləri bu barədə qərarı kollektiv üzvləri ilə görüşdə elan ediblər. Onlar bildiriblər ki, SOCAR və AFFA Axundovun burada işini davam etdirməsinə dair yekdil fikirə gəliblər.

Bununla, aylardan bəridir davam edən qeyri-müəyyənliyə son qoyulub. Klubun Şamaxıya köçəcəyi açıqlanandan bu yana məsələ daim gündəmdə idi və hamı maraqla gözləyirdi ki, görəsən, AFFA idarəçiliyi kimə tapşıracaq?

Burada bir məqam da Zaur Axundovun özüylə bağlıdır. Federasiya iş adamına bir neçə yüz min manat borcludur.

Tələb edirdi ki, SOCAR ona verdiyi vədi yerinə yetirsin, yeni biznes layihələrinə qoşsun. Çünki AFFA prezidenti Rövnəq Abdullayev neft şirkətinə rəhbərlik etdiyi vaxt Zaur Axundova belə bir şərait yaradacağını bildirmişdi.

İndi belə görünür ki, tərəflər hər iki məsələdə ortaq məxrəcə gəlibər. Əks halda, Axundov niyə «Şamaxı»a şəxsi büdcəsindən də pul xərcləsin ki..?

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti