Alim Qasımov "Şamaxı" barədə danışdı: "Allah qoysa, udarlar"

14 May 2022 02:30 Şamaxı 768
Alim Qasımov "Şamaxı" barədə danışdı: "Allah qoysa, udarlar"

"İndi uduzmağa başlayıblar. Allah qoysa, udarlar".

Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında xalq artisti Alim Qasımov "Şamaxı"nın Azərbaycan Premyer Liqasındakı çıxışı barədə danışarkən deyib.

A.Qasımov doğma rayonunun eyniadlı komandasının "Qarabağ"a 0:8 hesablı məğlubiyyətinə belə reaksiya verib:

"Futbola yox, qollara baxıram. Məğlubiyyət kimi qələbələr də var. Gərək uduzasan ki, uda da biləsən".

Xalq artistinin fikrincə, futbolun Şamaxıya gəlişi ilə futbolçularda həvəs yaranacaq:

"Onlar rayonun gözəl havasında gecə-gündüz məşq etsələr, yəqin ki, öz sözlərini deyəcəklər. Biz "Şamaxı"ya yalnız uğurlar arzulaya bilərik".

Hazırda "Şamaxı" 26 oyundan 21 xalla 6-cı yerdə gedir. Klub yeni adla keçirdiyi 5 oyundan 4-də uduzub və cəmi 1 heç-heçə edib.

Xəbər Lenti
18 Sentyabr 23:40 Bölgə klubunda pul davası!