Berdıyev pis vərdişindən "Fənərbağça" önündə də əl çəkmədi

21:15 Turan 265
Berdıyev pis vərdişindən "Fənərbağça" önündə də əl çəkmədi

Yoxlama oyunlarının mahiyyəti odur ki, oynamayan futbolçulara meydan verirsən, əsas futbolçuları daha çox qorumağa çalışırsan. “Turan Tovuz” ilə “Fənərbaxça” oyunu da bu qəbildəndir.

Düzdür, daha böyük azarkeş kütləsi qarşısında güclü rəqiblə daha layiqli mübarizə aparmaq üçün əsas heyəti meydana buraxmaq başadüşüləndir.

Amma əsas heyətdə bir azərbaycanlıya belə yer verməmək qəbulolunmazdır.

Hətta yoxlama oyununda da Kurban Berdıyev bunu etməyəcəksə, nə vaxt edəcək?

Əslində, təəccüblü deyil. Kurban Berdiyevin artıq bu addımlarına alışmışıq.

Premyer Liqa matçlarında da bunu davamlı görürük.

Davamlı əsas heyətdə 11 əcnəbi ilə meydana çıxan yeganə komandadır. Və bu yanaşmadan, təəssüf ki, yoxlama oyununda da əl çəkmədi.

Həqiqətən xoş mənzərə deyildi. Bakıda İstanbul nəhəngi “Fənərbaxça” ilə oynayırsan, amma əsas heyətdə bir azərbaycanlıya belə meydan vermirsən. Şəxsən mənə bu görüntü xoş olmadı.

Yaxşı ki, ikinci hissədə əsas heyətdə olanların bir qədər yorğunluğu fonunda digərlərinə ehtiyac yarandı. Biz də bu gözəl futbol bayramının bir parçasına çevrilən azərbaycanlıları gördük.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti