Azərbaycan millisindən xəbər almaq istəyirsiz? - “Sportinfo TV”də CANLI YAYIM

19:20 Sportinfo TV 148
Azərbaycan millisindən xəbər almaq istəyirsiz? - “Sportinfo TV”də CANLI YAYIM

Milli günlər başa çatır.

Azərbaycan millisi dörd oyunluq qrafikin sonuncu matçına bu gün çıxacaq.

Ayxan Abbasovun komandası vacib görüşdə Litva yığmasını doğma meydanda qəbul edəcək.

Yoxlama oyununda millimiz Tacikistanı 1:0 hesabı ilə məğlub edib.

Rəsmi oyunlarda isə hələ qələbəmiz yoxdur.

Litva ilə səfərdə 1:1 hesablı heç-heçə edən yığmamız Bakıda Lixtenşteynlə də qolsuz heç-heçə edib.

Xüsusilə Lixtenşteynlə oyun böyük rezonans doğurdu.

Bu gün Sportinfo TV-də yayımlanacaq “Milli Söhbət” proqramında millinin arxada qalan dörd oyunu geniş müzakirə olunacaq.

Tacikistanla yoxlama görüşü, Litva ilə keçirilən iki qarşılaşma və Lixtenşteynlə matç ətrafında baş verənlər ətraflı təhlil ediləcək.

Xanoğlan İmanovun müəllifi olduğu verilişin qonaqları veteran qapıçı Kamal Bayramov və Azərbaycan milli komandasının sabiq yarımmüdafiəçisi Elvin Məmmədov olacaq.

“Milli Söhbət” bu gün saat 19:00-da canlı yayımlanacaq. İzləməyi unutmayın!

Əziz izləyicilərimiz, verilişimiz öz zövqlü geyimləri ilə minlərlə peşəkar və həvəskar idmançılarımızı təmin edə onların sevimlisi olan “YaaRa Tekstil”in və “Asadov Pro Bridge”in - beynəlxalq təcrübə prinsipləri üzərində qurulmuş FIFA lisenziyalı futbol agentliyinin dəstəyi ilə təqdim olunur.

"YaaRa Tekstil” 2024-cü ildə şirkətin təsisçisi və direktoru olan Yaqut Bayram tərəfindən yaradılıb. Qısa müddət ərzində Azərbaycanın tekstil sahəsində tanınan “YaaRa” markası artıq bir brend hesab olunur.

Təsadüfi deyil ki, idmanın bir çox sahələrində hər zaman idmançılara göz oxşayan geyimlər təqdim edən “YaaRa Tekstil” hal-hazırda Azərbaycanda 250-dən çox yerli və xarici şirkətlərlə əməkdaşlıq edir.

Bu gün ölkəmizdə ən öndə gedən tekstil şirkətlərindən biri olaraq gələcək üçün markanın əsas hədəfi “MADE IN AZERBAIJAN” başlığı altında xarici bazarlara açılmaqdır.

"YaaRa Tekstil” öz müştərilərinə ancaq keyfiyyətli geyimlər təqdim edir. “YaaRa – Sevgi ilə yanaşır!”.

“Asadov Pro Bridge” futbolçuların, məşqçilərin, klubların və federasiyaların maraqlarını beynəlxalq səviyyədə təmsil edərək, eyni zamanda Azərbaycan futbolunun dünyaya inteqrasiyasına töhfə verməyi hədəfləyir.

“Asadov Pro Bridge” fəaliyyətinin ilk ilində həm yerli, həm də beynəlxalq səviyyədə 10 uğurlu transfer həyata keçirib.

Agentliyin xidmətlərinə təmsilçilik, hüquqi dəstək, beynəlxalq transferlər, brend və PR idarəçiliyi, fiziki və peşəkar inkişaf, maliyyə və həyat tərzi planlaması daxildir.

Bu gün agentlik Portuqaliya, Xorvatiya, Polşa, Albaniya, Monteneqro, Bosniya, Kosovo, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı kimi ölkələrdəki nüfuzlu futbol agentlikləri ilə rəsmi əməkdaşlıqlar qurur.

-VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti