"Bu, rəhbərlik və məşqçinin qərarıdır, mənfi təsiri olmaz"

19 Yanvar 2022 23:20 Şamaxı 805
"Bu, rəhbərlik və məşqçinin qərarıdır, mənfi təsiri olmaz"

"Toplanış yaxşı keçir. Elə olur ki, gündə 2 dəfə məşq edirik. Çempionata hazır olmağa çalışırıq".

Bunu Sportinfo.az-a açıqlamasında "Keşlə"nin hücumçusu Amil Yunanov deyib.

Qış fasiləsində "Səbail" və "Keşlə"dən başqa digər klublar təlim-məşq toplanışı üçün Türkiyəyə gedib.

"Bu məqam Premyer Liqanın ikinci yarısında komandanıza problem yarada bilərmi" sualına Yunanov qısa cavab verib:

"Bu, rəhbərlik və məşqçinin qərarıdır. Bizim işimiz məşq edib, oyun oynamaqdır. İnşallah, hər hansı mənfi təsiri olmaz".

Ötən tur "Keşlə" yoxlama görüşündə "Səbail"i məğlub (2-1) edib. Komandasının qollarından birini də elə Yunanov vurub.

O, qollarının davamını rəsmi oyunlarda da davam etdirməyə çalışacağını sözlərinə əlavə edib: "Özümü hazır hiss edirəm. İnşallah, qollarımın davamını çempionat oyunlarında da gətirmək istəyirəm".

Digər Xəbərlər
Xəbər Lenti