"İnanmıram ki, baş məşqçimiz bizi ittiham eləsin”

4 Dekabr 2021 14:40 Şamaxı 785
"İnanmıram ki, baş məşqçimiz bizi ittiham eləsin”

“Keşlə”nin baş məşqçisi Sənan Qurbanov “Sabah”la Premyer Liqanın ötən turunda keçirilən matçdan sonra (1:2) mətbuta konfransında bir neçə dəfə "uşaqlar ilk hissə qaçmırdılar" fikrini təkrar-təkrar səsləndirdi.

41 yaşlı mütəxəssis pressinq edə, güclərini meydanda qoya bilmədiklərini iddia etdi:

"Oyuna yaxşı hazırlaşmışdıq. Lakin ilk 45 dəqiqədə təəccübləndim, futbolçulara yaraşmayan ssenaru var idi.

Rəqibin qol epizodları var idi. İkinci hissədə isə ciddi tapşırıq verdik ki, sadəcə, qaçsınlar. Bir qol vursaq da, məğlubiyyətdən xilas ola bilmədik. Qaçmamaq bizə problem yaratdı.

Çalışacağıq ki, səbəbini tapaq. Deməzdim ki, qəsdən belə etdilər. Səbəbi mənə də müəmmalıdır. Buna video-analizlərdən sonra qərar verəcəyik”.

Qurbanovun sözlərinə görə, "Keşlə"nin hazırkı durumu yalnız döyüşkənlik tələb edir. Onun fikrincə, meydanda can qoymaq lazımdır:

"Bu vəziyyətdən çıxmaq üçün yalnız palçıq qarışdırmalıyıq. Çünki son pillələrdə gedirik. Sonradan futbol oynamağa başladıq. Bəlkə də komandada lider yoxdur.

Sadəcə, ilk 45 dəqiqədə futbolçularımızın qaçmamaqlarına təəccübləndik. Bununla özümü kənara çəkib futbolçuların üzərinə yıxmaq fikrində deyiləm".

Əksəriyyət Qurbanovun fikrindən belə başa düşdü ki, sanki futbolçular bilərəkdən qaçmayıblar. Görəsən, komandanın kapitanı İlkin Qırtımov bu barədə nə düşünür?

Müdafiəçi baş məşqçinin iradına belə reaksiya verib: "İnanmıram ki, Sənan müəllim bizi ittiham eləsin. Bilə-bilə oynamamaq söhbəti ola bilməz.

Bunun yaxşı adı yoxdur. Həm özüm, həm də uşaqlar o adı özlərinə götürməzlər. Sadəcə, ilk hissə oyun ağır keçdi. Erkən vurulan qolların da bunda təsiri oldu".

XANOĞLAN / Sportinfo.az

Digər Xəbərlər
Xəbər Lenti