"Keşlə" "mən də varam" dedi

20 Oktyabr 2021 19:00 Şamaxı 508
"Keşlə" "mən də varam" dedi

Mövsümə uğursuz start verən "Keşlə", deyəsən, yavaş-yavaş özünə gəlir.

Ardıcıl məğlubiyyətlər, klub daxili söz-söhbətlər, alınan qırmızı vərəqələr komandadakı psixolji durumu çox acınacaqlı hala gətirmişdi.

Amma bir heç-heçə hər şeyi kökündən dəyişdi. Heç kimin ağlına gəlmədiyi halda paytaxt təmsilçisi 5-ci tur çempionluğa iddialı "Qarabağ"la bərabərə qaldı.

Məhz belə rəqiblə oyunda alınan ilk xal sanki klubdaxili bütün "od"ları söndürmək üçün yetərli oldu.

Ardıncı Sənan Qurbanovun yetirmələri heç də asan rəqib kimi görünməyən "Sabah"ı məğlubiyyətə uğratdı. Bu artıq ilk qələbə idi.

Sonuncu turda isə "Keşlə"lilər Bayılda şadlıq yaşadılar. "Səbail" üzərində əzimkar qələbə (1-2) növbəti 3 xalın təminatçısı oldu.

Son 3 turda qazanılan 7 xal kollektivin turnir cədvəlində yerini bir xeyli yaxşılaşdırmağa imkan verdi. Artıq 5-ci pillədən olan "Sumqayıt"la arada cəmi 1 xal fərq var.

Qurbanovun komandası bir qədər gec olsa da, toparlanıb, "bu mübarizədə mən də varam" deyə bildi.

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti