Paytaxt klubu öncə müqaviləsini pozdu, sonra 2 dəfə aşağı pula geri qaytardı

20 Oktyabr 2021 09:40 Şamaxı 767
Paytaxt klubu öncə müqaviləsini pozdu, sonra 2 dəfə aşağı pula geri qaytardı

"Keşlə" ötən mövsümün sonunda müqaviləsini birtərəfli qaydada ləğv etdiyi Con Kamaranı yenidən geri qaytarıb.

Sierra-leoneli yarımmüdafiəçi özünə yeni klub tapa bilmədiyi üçün Azərbaycana dönüb.

Con Kamara 2019-cu ilin qışından bu ilin iyununadək "Keşlə"də çıxış edib. Ona kimi Qazaxıstanda legioner həyatı yaşamış afrikalı gələn ilin mayınadək paytaxt təmsilçisinin formasını geyinəcək.

Kamara yayda məhz Sənan Qurbanovun israrı ilə düşərgədən uzaqlaşdırılmışdı. Baş məşqçi onunla yollarıın ayrılmasını istəyəndə, xəbəri yox idi ki, sierra-leonelinin klubla müqaviləsinin bitməsinə hələ 1 il qalıb.

Qurbanovun təkidi "Keşlə"nin orta sahə oyunçusuna 20 min dollar təzminat ödəməsi ilə nəticələndi. İki aylıq maaşıını bəribaşdan alan afrikalı indi iki dəfə aşağı məbləğə bu formanı geyinməyə razılaşıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Oktyabr 18:10 Çək və bizə göndər!
23 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
23 Oktyabr 01:50 Kim güldü, kim üzüldü?