Azərbaycan klubunun baş məşqçisi özünü və köməkçilərini cərimələdi

15 Sentyabr 2021 10:40 Şamaxı 1 401
Azərbaycan klubunun baş məşqçisi özünü və köməkçilərini cərimələdi

Premyer Liqanın ilk 3 turunda məğlubiyyətlə üzləşən «Keşlə»nin baş məşqçisi Sənan Qurbanov vəziyyətdən «çıxış yolu» tapıb.

Sportinfo.az-ın məlumatına görə, o, özünü və köməkçilərini cərimələyib.

Belə ki, gənc çalışdırıcı avqust ayının maaşından 10 faizi həcmində cərimə tutulması barədə raport yazıb və bu, klub rəhbərliyi tərəfindən icra olunub.

Qurbanovun aylıq məvacibi 6000 manatdır. O. bu qərarı ilə 600 manatdan gözünü çəkməli olub. Yardımçılarının əməkhaqqısı isə onunla müqayisədə iki-dəfə aşağıdır.

Digər Xəbərlər
Xəbər Lenti