"Bu halla bütün komandalar üzləşir" - "Soçi"dən

28 İyul 19:30 Keşlə 185
"Bu halla bütün komandalar üzləşir" -

“İki gün əvvəl çempionat oyununa çıxdıq. Təəssüf ki, 0:1 hesabı ilə uduzduq. Bərpa olunmaq üçün cəmi 2 gün vaxtımız oldu. Bunu bərpa məşqlərinə sərf etdik. Artıq Bakıdayıq".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Rusiyanın "Soçi" klubunun baş məşqçisi Vladimir Fedotov Bakıda "Keşlə"yə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu öncəsi mətbuat konfransında deyib.

55 yaşlı mütəxəssis bildirib ki, sabah meydanda döyüşkən oyun gedəcək: Hazır olub-olmadığımızı da bu görüş göstərəcək. Bəzi oyunçularla bağlı problemlər var. Bu üzdən əvəzedicidən bir neçə oyunçunu komandaya cəlb etmişik".

Fedotov heyətdə müəyyən rotasiyalar olacağını istisna etməyib: "Bəzi oyunçular çox yüklənib. Bakıya bu gün gəlmişik. Sevinirik ki, hava çox isti deyil. Meydançanın süni örtüklü olması futbolçulara mənfi təsir göstərə, zədəyə yol aça bilər. Amma bu halla bütün komandalar üzləşir. Futbol istənilən havada, istənilən şəraitdə oynanılmalıdır".

Təcrübəli baş məşqçi ilk oyunda asan qələbə qazanmadıqlarını söyləyib: "Kənardan elə görünə bilər. Amma ciddi müqavimətlə üzləşdik. Düzdür, bəzi qol vəziyyətlərindən yararlana bilmədik. Sabahkı oyunda döyüşkən mübarizə gözləyirik və buna hazırıq".

SSRİ dönəmində futbolçu kimi Bakıda olan Fedotov burada "Neftçi"yə qarşı oyunlarını xatırlayıb: "Yenidən bura qayıtmaq çox gözəldir. Bakıda hər şey superdir. Gözəl şəhərdir, yaxşı azarkeşlər var, ab-hava yüksəkdir".

Qeyd edək ki, iyulun 29-da "ASK Arena"da keçiriləcək "Keşlə" - "Soçi" oyunu saat 20:00-da başlayacaq. İlk görüşdə Bakı təmsilçisi 0:3 hesabı ilə uduzub.

Digər Xəbərlər
Xəbər Lenti
19 Sentyabr 16:00 İndi say, babam, say!