"Keşlə"nin Soçi sərgüzəştinə aid VİDEO+FOTOREPORTAJ

23 İyul 11:00 Keşlə 438
"Keşlə"nin Soçi sərgüzəştinə aid VİDEO+FOTOREPORTAJ

Azərbaycan kubokunun son qalibi "Keşlə" Konfrans Liqasında mübarizəyə başlayıb.

Sportinfo.az xəbər verir ki, paytaxt təmsilçisi II təsnifat mərhələsinin ilk oyununda Rusiyada "Soçi" ilə qarşılaşıb.

"Fişt" stadionunda oynanılan və albaniyalı referi Enea Yorcinin idarə etdiyi görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmada ilk qolu 10-cu dəqiqədə Soçi təmsilçisinin heyətində Rodriqo vurub. İlk hissə bu hesabla yekunlaşıb. "Keşlə" 67-ci dəqiqədə 2-ci qolu qapısında görüb.

Bu dəfə Kristian Noboa penaltidən fərqlənib. 74-cü dəqiqədə qonaqların heyətində Rəhman Hacıyev zədələnərək meydanı tərk edib. Matçda son nöqtəni isə 81-ci dəqiqədə Maksim Barsov qoyub.

Komandalar arasında cavab görüşü iyulun 29-da Bakıda olacaq. Azərbaycanın Konfrans Liqasındakı digər təmsilçisi "Qarabağ" isə evdə İsrail "Aşdod"u ilə qolsuz heç-heçə edib.

Digər Xəbərlər
Xəbər Lenti