"Kubokda şanslarımızın olmasını başa düşürük, amma..."

16 Aprel 2021 15:00 Şamaxı 542
"Kubokda şanslarımızın olmasını başa düşürük, amma..."

"Ölkə kubokundan çox sabahkı oyunu fikirləşirik".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov deyib.

Gənc mütəxəssis Premyer Liqada son pillədən qurtulmaq istədiklərini bildirib: "Sabah"la oyun bizə çox vacibdir. Kubokda şanslarımızın olmasını başa düşürük.

Amma çempionatda durumumuz yaxşı olmadığı üçün son pillədən çıxmaq istəyirik. Növbəti oyuna kimi fikirləşməyə vaxtımız var".

Qurbanov zədəli futbolçuların hazırkı durumundan da danışıb: "Boykoviç və Namaşko zədə səbəbindən hələ də məşqlərə qoşulmayıb.

Kamara həkimlərin nəzarətindən çıxıb. Oyun günü oynayıb-oynamamasına qərar verəcəyik. Digər futbolçuların hər biri komanda ilə məşq ediblər və oynamağa hazırdılar".

Digər Xəbərlər
Xəbər Lenti