"Futbolçuları qorumaq üçün risk etmədim"

11 Aprel 2021 19:10 Şamaxı 985
"Futbolçuları qorumaq üçün risk etmədim"

"Zirə səfəri hər zaman çətin olub. Futbolçular əllərindən gələni etdilər.

Meydan da ağır idi. Futbolçuların zədələnməməsi bizim üçün vacibdir".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov səfərdə "Zirə" ilə qolsuz heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXII tur oyunundan sonra mətbuat konfransında deyib.

41 yaşlı mütəxəssis matçı zədəsiz və 1 xalla başa vurmalarının sevindirici hal olduğunu bildirib:

"Tərlan Quliyevin zədəsinin yüngül olacağına ümid edirik. Qələbə bizim üçün vacib idi. Futbolçular tapşırıqları yerinə yetirdilər".

Qurbanov Sezar Meza Kolli ilə Yevgeni Koçuku meydana buraxmamasının səbəbini dəaçıqlayıb: "Onlar uzun müddət idi komandayla çalışmırdı. Futbolçuları qorumaq üçün risk etmədim".

Digər Xəbərlər
Xəbər Lenti