"Keşlə"də üzlər gülür, amma...

9 Aprel 2021 20:20 Şamaxı 967
"Keşlə"də üzlər gülür, amma...

"Keşlə"nin zədəli futbolçularından xəbər var.

Bu barədə Sportinfo.az-a klubun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində "Qarabağ"la oyuna zədə səbəbindən buraxan Miyusko Boyoviç, Yevgeni Koçuk, Meza Kollinin durumu yaxşıdır və komanda ilə məşqlərdə iştirak edirlər.

Cəzası başa çatan Tərlan Quliyev də "Zirə" ilə oyunda meydana çıxmağa hazır olacaq.

Yalnız Stanislav Namaşko ilə bağlı durum ürəkaçan deyil. Belə ki, komandanın əsas qapıçısı Moldova millisində olarkən aldığı zədəni sağaltmayıb. Bu səbəbdən əcnəbi futbolçu hələ də məşqlərə qoşulmayıb.

Xatırladaq ki, Azərbaycan Premyer Liqasının 22-ci turu çərçivəsində baş tutacaq "Zirə" "Keşlə" oyunu 11 aprel 17:00-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti