"Əgər hər şey öz əlimizdədirsə, niyə bədbin olaq?"

9 Aprel 2021 19:00 Şamaxı 1 101
"Əgər hər şey öz əlimizdədirsə, niyə bədbin olaq?"

«Komandamızın son turlardakı çıxışı bizi ümidli edir».

Bu sözləri Sportinfo.az-a açıqlamasındaa «Keşlə»nin idman direktoru Ceyhun Sultanov deyib.

Paytaxt klubunun rəsmisi maliyyə vəziyyətinin normala döndüyünü və bunun futbolçuların əhval-ruhiyyəsinə müsbət təsir etdiyini bildirib:

«Mövsümü yaxşı başha vura bilərik. Bunun üçün kubok oyunları var. Avrokuboklara getmək istəyirik. Ona görə də kubokda uğurlu çıxış etmək lazımdır.

Komandamızın potensialı böyükdür, yaxşı futbolçularımız var. Əgər hər şey öz əlimizdədirsə, niyə bədbin olaq? Çalışıb, mübarizəni davam etdirməliyik.

«Keşlə»də mehriban kollektiv formalaşıb. Burada hər kəs bir hədəf uğrunda birləşib. Məşqçilər də, futbolçular da görür ki, rəhbərlik hər an onlaarın yanındadır».

Digər Xəbərlər
Xəbər Lenti