
Sponsor axtarışlarında hələ ki, yeni mərhələyə qədəm qoya bilməyən “Kəpəz” digər vacib problemin həllinə nail olub.
Qərb təmsilçisinin 2024/25 mövsümündə rəqiblərini qəbul edəcəyi stadionun adına aydınlıq gəlib.
Qəbələdəki stadionun xidmətindən yararlanmaq gəncəlilərə maliyyə baxımından baha başa gəldiyindən, yeganə ümid yeri “Turan Tovuz” rəhbərliyindən razılıq almaq idi.
Aparılan danışıqların yekununda “Kəpəz” Tovuz təmsilçisindən xoş xəbər alıb. “Sarı-göylər”in üzünü güldürən xəbər Premyer Liqanın təşkilatçısının - Peşəkar Futbol Liqasının işində müəyyən çətinliklər yaradacaq.
Odur ki, qurumun “Kəpəz”in rəqiblərini Tovuzda qəbul etmək təklifinə necə yanaşacağı maraq doğurur.
HƏBİB / SPORTİNFO.AZ