COP29

AFFA-nın tapşırdığı baş məşqçi utanmadan danışarsa…

4 Dekabr 2023 17:20 Kəpəz 1 971
AFFA-nın tapşırdığı baş məşqçi utanmadan danışarsa…

«Halva-halva» deməklə ağız şirin olmur.

AFFA-nın tapşırığı əsasında «Kəpəz»in sükanını ələ keçirən Adil Şükürov bunu indi, görəvə gətiriləndən iki həftə sonra başa düşüb.

«Sabah»a məğlubiyyətlə əlaqəli suallardan birini cavablandırarkən deyib ki:

«İstəyirik daha böyük addımlar ataq, amma hazırda bu, alınan iş deyil. Müəyyən vaxt lazımdır. Bəzi məsələlərdə irəliləyiş var. Komandaya aqressivliyi gətirmişik. Sonluq çatışmır. Bunu da aradan qaldırmağa çalışacağıq».

Böyük addımlar deyərkən... Hə, güman ki, hörmətli Şükürovun fikri ötən əsrin sonuncu onillyinə, ovaxtlar futbolçu kimi formasını geyindiyi «Kəpəz»ə gedib.

Xəyalında qalıb, bir anlıq düşünüb ki, bu «Kəpəz» də çempionluq uğrunda mübarizə aparır və onu qızıl medalları qazanmaqk məqsədilə Nizaminin şəhərinə dəvət ediblər.

«Kəpəz» Azər Məmmədovun dönəmində könül sındıran futbol sərgiləyirdi. Adil Şükürov gəlib, «Kəpəz» yenə qəlb rahatladan oyun nümayiş etdirmir.

İrəliləyiş var? Görən, yeni baş məşqçi hansı irəliləyişi nəzərdə tutur, biz də bilmək istərdik.

Dünən yaranan və ikinci liqada yarışan «Baku Sportinq»i kubokda üstələməyə işarə vurursa, belə qələbəyə görə utanmaq lazımdır.

Böyük keçmişi olan «Kəpəz» 5-6 ay qabaq ortalığa çıxmış rəqibinə yalnız əlavə vaxtda qol vura bilirsə, Şükürov irəliləyişdən, aqressivlikdən, falan-filandan danışmasın.

Qol yoxdursa, qələbə də yoxdur. Qələbə yoxdursa, bu, yeni baş məşqçinin komandası üzərində nəfəsi də təsiri də yoxdur deməkdir.

Qalan hər şey təfərrüatdır. O təfərrüata isə biz girməyək.

«Səbail» və «Sabah»la oyunlar mövsümün əvvəlinin davamı oldu. Hələ nəsə dəyişməyib.

Bu gələnin media önündə olmayan şeylər barəsində sanki olmuş kimi danışmasından başqa.

ELXAN

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"