Gürcü Azərbaycan klublarından təklif aldığını TƏSDİQLƏDİ

25 May 2023 21:20 Kəpəz 2 144
Gürcü Azərbaycan klublarından təklif aldığını TƏSDİQLƏDİ

“Kəpəz”i tərk edəcək futbolçuların başında Georgi Kantariya dayanır.

“Sarı-göylər”in vacib fiqurlarından olan gürcüstanlı çempionatımızın ən yaxşı dayaq yarımmüdafiəçilərindən biridir.

Əldə etdiyimiz bilgiyə görə, artıq mövsümün gedişində Premyer Liqanın bəzi klubları Kantariyaya göz qoyub. Bu barədə menecerlərlə danışıq aparılıb, məlumat özünə də çatdırılıb.

Georgi karyerasını daha yaxşı maliyyə şərti və üstün şəraiti olan klubda davam etdirməyin əleyhinə deyil. Qarşı tərəfə konkret razılıq vermək üçün təklifləri gözdən keçirməli, arasından ən sərfəlisini seçməlidir.

Səbəbkar Sportinfo.az-a açıqlamasında klub adı çəkməsə də, Azərbaycan təmsilçilərinin onunla maraqlandığını gizlətməyib:

“İndidən konkret nəsə demək çətindir. Bəli, başqa klublar barədə müəyyən söhbətlər var.

Bildiyimə görə, menecerlərlə bu barədə danışıqlar olub. Sadəcə, indiki məqamda bu barədə düşünmək istəmirəm.

Çempionat qurtarsın, ümumi vəziyyətə baxıb, ona uyğun qərar verəcəm. Hazırda “Kəpəz”ə məxsusam.

Ona görə də mövsümün sonuna qədər başqa klublar haqda düşünmək və danışmaq düzgün olmaz".

Premyer Liqanın ən kobud futbolçularından olan Kantariya cari mövsümdə meydana çıxdığı 30 oyunda 13 sarı, 1 qırmızı vərəqə alıb. Həmçinin, 2 məhsuldar ötürmə ilə yadda qalıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti