Nigeriyalının avazı yaxşı gəlir: ”BACARACAĞIQ”

24 Yanvar 2023 14:00 Kəpəz 551
Nigeriyalının avazı yaxşı gəlir: ”BACARACAĞIQ”

”Bizi çətin və maraqlı matç gözləyir”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında ”Kəpəz”in yarımmüdafiəçisi Ahmed Ayzaya deyib.

Azərbaycan Premyer Liqasında 29 günlük fasilə bu gün başa çatacaq. XIX tura Gəncədə start veriləcək.

Autsayderlər zonasında qərarlaşan “Kəpəz” avrokuboklara vəsiqəni iddia edən “Qəbələ”ni qəbul edəcək.

Nigeriyalı legioner gəncəli fanatlardan dəstək istəyib:

”Sevindirici haldır ki, hər ötən gün komandada inkişaf hiss olunur. Bu gedişlə çempionatda uğurlu olmağı bacaracağıq.

Çünki azarkeşləri güclənmiş yeni “Kəpəz” gözləyir. Onların ümidlərini doğrultmaq üçün sona qədər mübarizə aparacağıq.

Fikrimcə, mövsümün ikinci yarısında qələbələrimizin sayı artacaq. Təbii ki, fanatlarımızın dəstəyi ilə”.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!