“Kəpəz”də növbəti ŞOK!

23 Yanvar 2023 23:00 Kəpəz 1 075
“Kəpəz”də növbəti ŞOK!

“Kəpəz” “Qəbələ” ilə oyuna itkilərlə çıxacaq.

Qərblilər əsas heyətin 4 aparıcı futbolçusunun xidmətindən məhrum olub.

Bunlar gürcü futbolçular – Mate Kvirkviya ilə Georgi Kantariya, Yeqor Xvalko və Elçin Əlicanovdur.

Adları çəkilənlərin hər biri 18-ci turdan sonra cəzalı duruma düşüb.

Elçin, Mate və Georginin hər biri “Zirə” ilə oyunda qırmızı vərəqə aldığı üçün “Qəbələ”ylə görüşü kənardan izləmək məcburiyyətindədir. Yeqor isə həmin görüşdə sarı vərəqə limitini doldurub.

Vacib oyunçuların yoxluğunda baş məşqçi Tərlan Əhmədovun yeni transferlərə və gənc futbolçulara şans verəcəyi şübhə doğurmur.

Yanvarın 24-də Premyer Liqanın 19-cu turu çərçivəsində Gəncədə baş tutacaq “Kəpəz” – “Qəbələ” oyunu saat 14:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti