
“Kəpəz”in yeni transferi Mario Mustapiçlə bağlı problem həll olunub.
Bir müddət əvvəl ölkəsinə yollanan qolkiper sonuncu klubu olan “Rudes”lə ortaq nöqtəyə gələ bilib.
Belə ki, futbolçu ona lazım olan sənədləri əldə edərək geri qayıdıb.
23 yaşlı oyunçu yeni komandasının Antalya toplanışında iştirak edir.
Onun mövsümün ikinci yarısında oynaması üçün heç bir maneə qalmayıb.
Yeni transfer artıq Peşəkar Futbol Liqasında da qeydiyatdan keçirilib.
Xatırladaq ki, “Kəpəz” Marionu ötən ilin oktyabr ayından transfer etdiyini açıqlayıb. Amma futbolçunun sabiq klubu olan “Rudes” xorvatiyalı qapıçının sənədlərini verməyib. Belədə çərçivə qoruyucusunun Premyer Liqada iştirakı mümkün olmurdu.
Nəhayət, yeni-köhnə transfer 3 aydan sonra “Kəpəz”ə kömək edə biləcək. Gəncə təmsilçisi Mario Mustapiçlə mövsümün sonuna kimi müqavilə imzaladığını bildirək.
XANOĞLAN / SPORTİNFO.AZ