"Kəpəz" Misli Premyer Liqasının 2026/27 mövsümündə ikinci səfər oyununu keçirmək üçün bu gün Şamaxıya yollanıb.
Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "sarı-göylər" çempionatın VII turu çərçivəsində bu gün "Araz-Naxçıvan"la qarşılaşacaq.
Baş məşqçi Azər Məmmədov yetirmələrini bu gün saat 17-də oyunöncəsi son məşqə çıxaracaq.
Komanda oyunu sabah saat 16-da Şamaxı şəhər stadionunda start götürəcək.
"Kəpəz" hazırda 7 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.




