“Kəpəz” ümumilikdə büdcəsinə və mövcud imkanlarına uyğun transferlər həyata keçirib“.
Bu fikirləri Sportinfo.az-a açıqlamasında “Asadov Pro Bridge”in başçısı Emil Əsədov səsləndirib.
Tanınmış FİFA meneceri bildirib ki, “Kəpəz” seleksiya sahəsində ayağını yorğanına görə uzadıb:
“Moldovalı futbolçunun isə keyfiyyət baxımından digərlərindən fərqləndiyini qısa müddətdə göstərdiyini düşünürəm. Transfer olunan afrikalıların daha təcrübəli və ya daha yüksək keyfiyyətli profillər arasından seçilməsi mümkün idi.
Bununla belə, onlar haqqında yekun fikir söyləmək üçün hələ tezdir. Yeni ölkəyə və fərqli futbol mühitinə uyğunlaşma prosesi nəzərə alınmalıdır.
Hazırda “Kəpəz”in ən zəif hissələri müdafiə və hücum xətti kimi görünür.
Komandaya həm müdafiə xəttinə sərtlik və etibarlılıq gətirəcək futbolçu, həm də ön xətdə qol yükünü daşıya biləcək mərkəz hücumçusu lazımdır“.
