
"Milan" A Seriyasının IV turunda "İnter"i məğlub edib.
Sportinfo.az xəbər verir ki, "rossoneri" İbrahimoviçin dublu ilə derbini qələbə ilə başa çatıb - 2:1.
Bununla da, Stefano Piolinin komandası mövsümün ilk 4 matçında maksimum nəticə əldə edib - 4 qələbə.
"Milan" sonuncu dəfə 25 il əvvəl, 1995/96 mövsümünə belə uğurlu başlamışdı. Həmin zaman komanda Fabio Kapellonun rəhbərliyi altında mövsümü 8 xal fərqlə çempion kimi tamamlamışdı.