"Neftçi" bir neçə dəqiqənin içində hamısını satdı - "Beşiktaş"a görə

9 Avqust 2023 02:20 Neftçi 1 101
"Neftçi" bir neçə dəqiqənin içində hamısını satdı - "Beşiktaş"a görə

“Neftçi” və “Beşiktaş” arasında keçiriləcək Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunu üçün bu gün satışa çıxarılan biletlərin hamısı satılıb.

Sportinfo.az xəbər verir ki, qiyməti 10, 15, 20 və 30 manat olan 9000-ə yaxın bilet satışa çıxarılıb və bir neçə dəqiqə ərzində hamısı bitib.

Biletləri yalnız onlayn almaq mümkün idi.

“Neftçi” – “Beşiktaş” oyunu avqustun 10-da Bakıdakı “Neftçi Arena” stadionunda keçiriləcək və saat 21:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti