İbrahimoviç qayıtdı

12 May 2020 01:24 İtaliya 553
İbrahimoviç qayıtdı

"Milan"ın ulduzu Zlatan İbrahimoviç İtaliyaya gəlib.

Sportinfo.az xəbər verir ki, 38 yaşlı hücumçu iki həftəlik karantindən sonra komanda ilə məşqlərə qatılacaq.

İbrahimoviç İtaliya A Seriyasının koronavirus pandemiyası ilə əlaqədar dayandırılmasından sonra vətəni İsveçə qayıtmış və "Hammarbü"nün heyətində məşq etmişdi.

Bu, ölkədə 50-dək insanın iştirakı ilə kütləvi tədbirlərə icazənin verilməsi ilə əlaqədar idi. Zlatan İbrahimoviç 2019/2020 mövsümündə "Milan"da 10 oyuna 4 qol vurub və 1 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 18:10 Mahirə ehtiyac duymadılar