Millimizə namizəd: “AFFA-dan bir cavab yoxdur"

15 Mart 2020 10:40 İtaliya 754
Millimizə namizəd:  “AFFA-dan bir cavab yoxdur"

“İtaliyada durum çox pisdir. Sevinirəm ki, ailəm və mən hazırda yaxşı durumdayıq”.

Sportinfo.az xəbər verir ki, bu sözləri futbolinfo.az-a açıqlamasında Azərbaycan yığmasının baş məşqçi postuna namizəd Canni de Byazi deyib.

O, İtaliyada koronavirusun dəhşətli olduğunu bildirib: “Digər ölkələrə nisbətdə bizdə çox dəhşətli durumdur. Evdən çıxmırıq. Ümid edirəm ki, bütün ölkələr birləşib bu bəladan qurtulacaqlar. Hər şey yaxşı olacaq”.

Byazi AFFA-dan yığma ilə bağlı heç bir cavab almadığını da sözlərinə əlavə edib: “AFFA-dan bir cavab yoxdur. Koronavirus səbəbindən millinin toplanışının da təxirə salındığını eşitdim. Yəqin ki, təhlükə sovuşandan sonra hər şey qaydasına düşər”.

Digər Xəbərlər
Xəbər Lenti