“Yuventus” həmin vaxt heç bir klubda çalışmayan məşqçi axtarmalı idi”

01:30 İtaliya 39
“Yuventus” həmin vaxt heç bir klubda çalışmayan məşqçi axtarmalı idi”

Antonio Konte yenidən “Yuventus”un baş məşqçisi olmağa hazırdır.

İtaliyalı mütəxəssis Turin təmsilçisində futbolçu kimi 10 ildən çox çıxış edib. Daha sonra komandanın baş məşqçisi kimi üç dəfə İtaliya çempionu olub.

Sportinfo.az “Cronache di Spogliatoio”-ya istinadən xəbər verir ki, Kon­te “Yuventus”a qayıtmaq ehtimalı ilə bağlı bunları deyib:

“Düşünürəm ki, gec-tez bu dairə qapanacaq. Orada özümdən bir parça qoyduğumu bilirəm və inanıram ki, nəhayət, yollarımız yenidən “Yuventus”da kəsişəcək.

Keçmişdə yenidən bir araya gələ biləcəyimiz məqamlar olub. Ancaq bunun baş tutması asan deyildi. Çünki iki şərt eyni vaxtda reallaşmalı idi: mən işsiz olmalı, “Yuventus” isə həmin vaxt heç bir klubda çalışmayan məşqçi axtarmalı idi”.

O, kluba qayıtmaq üçün iki fürsətinin olduğunu da açıqlayıb:

“İlk dəfə “Yuventus” Maurisio Sarri ilə anlaşmaq qərarına gələndə işsiz idim. Daha sonra “İnter”ə yollandım.

İkinci dəfə isə yenidən işsiz olduğum vaxt Kristiano Cun­toli klubun idman direktoru vəzifəsinə gəlmişdi. O, Tiaqo Mottanı seçdi, mən isə “Napoli”yə yollandım”.

Digər Xəbərlər
Xəbər Lenti
19 Noyabr 18:10 Çək və bizə göndər!