"Zirə" ardıcıl 3 qələbə ilə mövsümə əla start vermişdi.
Amma bunun ardını gətirmək mümkün olmadı.
Sonrakı turlarda ciddi xal itkiləri yaşandı.
“Qartallar ” heç cür sabitlik əldə edə bilmir.
Ardıcıl 2 qələbə qazanmaq müşkülə çevrilib.
Problem nədir? Ardıcıl qələbələr üçün nə çatmır?
Komandanın təcrübəli simalarından biri Aydın Bayramov Sportinfo.az-a açıqlamasında suallarımızı bu cür cavablandırıb:
"Düşünürəm ki, bunun əsas səbəblərindən biri heyətdəki itkilərdir. Son vaxtlar zədələr səbəbindən bir sıra futbolçularımızdan istifadə edə bilmirik.
Bu da təbii ki, komandaya müəyyən çətinliklər yaradır. Bəzən istədiyimiz oyunu nümayiş etdiririk, amma nəticə əldə edə bilmirik.
Ardıcıl qələbələr qazanmaq üçün ilk növbədə sabitlik, konsentrasiya və hər oyuna eyni məsuliyyətlə yanaşmaq lazımdır.
İnanıram ki, itkilərimiz azaldıqca və heyətimiz tam formalaşdıqca daha yaxşı nəticələr göstərəcəyik".
XANOĞLAN
