Argentinalı “Mançester Yunayted”ə keçə bilər - Həmyerlisinə görə

00:20 İngiltərə 51
Argentinalı “Mançester Yunayted”ə keçə bilər - Həmyerlisinə görə

“Komo”nun yarımmüdafiəçisi Nikolas Pas “Mançester Yunayted”in transfer siyahısında qalmaqda davam edir.

Sportinfo.az xəbər verir ki, bu barədə “The Sun Football” məlumat yayıb.

Argentinalı Maurisio Poçettinonun “Mançester Yunayted”in baş məşqçisi postuna gətirilməsi Pasın transferini asanlaşdıra bilər.

Bununla yanaşı, 22 yaşlı futbolçunun “Arsenal”, “Çelsi” və PSJ-nin də maraq dairəsində olduğu bildirilir. “Real”ın Pası 2027-ci ildə 80 milyon avroya geri almaq hüququ da var.

Argentinalı futbolçu cari mövsümdə bütün turnirlərdə 14 oyunda meydana çıxıb, 6 qol vurub və 8 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Noyabr 18:10 Çək və bizə göndər!
19 Noyabr 00:30 "Qarabağ"dan ilk seçim