“Real”ın ulduzu 25 min avroluq çanta yox, imzalı forma göndərdi, hər yerdə bloklandı

21:40 İspaniya 40
“Real”ın ulduzu 25 min avroluq çanta yox, imzalı forma göndərdi, hər yerdə bloklandı

“Real”ın yarımmüdafiəçisi Eduardo Kamavinqa maraqlı hadisə ilə gündəmə gəlib.

Sportinfo.az “Topskills Sports UK”-ya istinadən xəbər verir ki, fransalı futbolçu bir ay ərzində madridli modellə görüşüb.

Qız özünün ad günündə ondan 25 min avro dəyərində çanta hədiyyə etməsini istəyib.

Kamavinqa bahalı çanta almaq əvəzinə ona “Real”ın atributlarından ibarət hədiyyə qutusu göndərib.

Qutuda futbolçunun imzaladığı forma və papaq da olub. Bundan sonra model, yarımmüdafiəçini bütün sosial şəbəkədə bloklayıb.

24 yaşlı futbolçu cari mövsümdə bütün turnirlərdə 13 oyunda meydana çıxıb və 1 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti