“Ehtiyac yaranarsa, heyəti gücləndirə bilərik, hələlik buna ehtiyac yoxdur”

01:10 I Divizion 57
“Ehtiyac yaranarsa, heyəti gücləndirə bilərik, hələlik buna ehtiyac yoxdur”

“Karvan-Yevlax”ın baş məşqçisi Ramiz Məmmədov Azərbaycan 1-ci Liqasının 8-ci turunda “Xankəndi”yə qalib gəldikləri (2:0) oyunu şərh edib.

Sportinfo.az xəbər verir ki, mütəxəssis qələbədən və Xankəndidə oynamaqdan məmnunluğunu bildirib:

“Bu arenada çıxış etdiyimiz üçün şadıq. Prezidentimizə və ordumuza eşq olsun! Komandam qalib gəlsə də, bu gün hamı üçün bayram idi.

Futbolçularımız verilən bütün tapşırıqları yerinə yetirdilər. “Xankəndi”yə mövsümün qalan hissəsində uğurlar arzulayıram.

Mövsümə rəqiblərimizlə müqayisədə gec hazırlaşmağa başladıq. Buna baxmayaraq komandamız Premyer Liqaya yüksəlmək üçün əlindən gələni edir.

Ehtiyac yaranarsa, heyəti gücləndirə bilərik. Klub rəhbərliyi bizə hər cür dəstək göstərir. Hələlik buna ehtiyac yoxdur”.

Digər Xəbərlər
Xəbər Lenti
19 Noyabr 18:10 Çək və bizə göndər!
19 Noyabr 00:30 "Qarabağ"dan ilk seçim