Pul ayrıldı, yeni klublar çempionata buraxıldı, iştirakçı sayı artdı

19:00 Futzal 47
Pul ayrıldı, yeni klublar çempionata buraxıldı, iştirakçı sayı artdı

Futzal üzrə ölkə çempionatının növbəti mövsümünün iştirakçıları dəqiqləşib.

Yüksək Liqada 10 komanda mübarizə aparacaq. Bu da artım deməkdir.

Məlumunuz olsun ki, ötən sezon yarışda 6 klub çıxış edib.

«Marafon» İK, «Xankəndi», «İmişli», «Rəvan» və «Atidel Ordubad» PFK debütantların siyahısına daxildir.

«Şuşa» MFC, «Baku Fire», «Yasamal Bakı», «Araz Naxçıvan» və «Neftçi» İK isə bizə tanış adlardır.

Birinci Liqada isə 11 kollektiv qüvvəsini sınayacaq.

«Ulduz Bakı, «Baku Fire-1», «MC Finans», «Metropoliten Bakı», «Star Kargo», «Neftçala» PFK, «Bakı» MFK, «İçəri Şəhər Bakı», «Xəzər» Futzal Klubu, «Xan Lənkəran» MFK və «Timsport» aşağı liqada özünü göstərməyə çalışacaq.

AFFA bu mövsümdən yeniliyə imza atacaq. Yüksək Liqada yarışacaq komandaların hər birinə aylıq 5000 manat ödəniş ediləcək.

2027/28-ci il sezonundan etibarən isə Birinci Liqaya maliyyə dəstəyinin verilməsi gözlənilir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
18 Noyabr 18:20 Braziliya 7:0 qazandı