Azərbaycan millisinin və “Qarabağ”ın sabiq hücumçusu Vüqar Nadirov ölkəni tərk etməyə hazırlaşır.
Ötənlərin tanınmış futbolçusu karyerasını Almaniyada davam etdirəcək.
Lakin o, bu dəfə yaşıl meydanda futbolçu kimi deyil, məşqçi kimi fəaliyyət göstərəcək.
Belə ki, Almaniyanın Regional Liqasında mübarizə aparan “Az Internationale Lippstadt” Nadirovu baş məşqçi postuna gətirmək istəyir.
Lipştadt təmsilçisinin rəhbərliyində azərbaycanlıların təmsil olunması və onların millimizin sabiq futbolçusunu yaxından tanıması bu keçidin reallaşmasını asanlaşdıran amillərdəndir.
Hazırda Vüqar Nadirov viza məsələlərini həll etməyə çalışır. İşçi vizası alan kimi vətəni tərk edərək Almaniyaya yollanacaq.
Maraq üçün bildirək ki, futbolçu karyerasını başa vurduqdan sonra Nadirov “Hypers” və “Şəmkir” komandalarında baş məşqçi kimi çalışıb.
HƏBİB / SPORTİNFO.AZ
