“Sabah”ın Çempionlar Liqasında rəqibi olan “Barselona”nın idman direktoru Deku komandanın yarımmüdafiəçisi Frenki De Yonqun kapitanlıq sarğısını itirməsi ilə bağlı fikirlərini bölüşüb.
Ызщкештащ.az “Barca Universal”-a istinadən xəbər verir ki, portuqaliyalı funksioner kapitanlıq sarğısını kimin daşıyacağına futbolçuların özlərinin qərar verdiyini bildirib:
“Kapitanlıq sarğısını kimin daşıyacağına futbolçular özləri qərar verirlər. Bu məsələ komandanın paltardəyişmə otağında həll olunur”.
Yeni mövsümdə “Barselona”nın kapitanı Rafinya Dias seçilib. Vitse-kapitan isə yarımmüdafiəçi Pedridir.
İspaniya La Liqasında 12 turdan sonra 33 xal toplayan “Barselona” turnir cədvəlinə başçılıq edir. Hans-Diter Flikin komandası növbəti turda “Vilyarreal”ı qəbul edəcək.
