Misli Premyer Liqasında 12-ci turun oyunlarını idarə edəcək hakimlərin adları açıqlanıb.
Sportinfo.az xəbər verir ki, noyabrın 22-də keçiriləcək “Kəpəz” - “Qarabağ” qarşılaşmasının baş hakimi Rauf Cabarov olacaq.
“Araz-Naxçıvan” - “Neftçi” matçı isə Rəvan Həmzəzadəyə həvalə edilib.
Noyabrın 20-də start götürəcək turun ilk görüşündə “İmişli” və “Zirə” üz-üzə gələcək. Qarşılaşmanı Cavid Cəlilov idarə edəcək.
Həmin gün keçiriləcək “Sumqayıt” - “Sabah” oyununun baş hakimi Elvin Bayramov olacaq.
Noyabrın 21-də “Şamaxı” - “Turan Tovuz” görüşünü Emin Əliyev, “Şəfa” - “Qəbələ” matçını isə Əli Əliyev idarə edəcək.
20 noyabr
14:30. “İmişli” - “Zirə”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Nazim Abdullayev
VAR: Kamranbəy Rəhimov
AVAR: Kərim Zeynalov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Seymur Səlimli
Yevlax şəhər stadionu
19:00. “Sumqayıt” - “Sabah”
Hakimlər: Elvin Bayramov, Asiman Əzizli, Zöhrab Abbasov, Vüqar Həsənli
VAR: Rəşad Əhmədov
AVAR: Rahil Ramazanov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
21 noyabr
14:30. “Şamaxı” - “Turan Tovuz”
Hakimlər: Emin Əliyev, Akif Əmirəli, Eyyub İbrahimov, Tural Qurbanov
VAR: Nicat İsmayıllı
AVAR: Gülnurə Əkbərzadə
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Şamaxı şəhər stadionu
17:00. “Şəfa” - “Qəbələ”
Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Orxan İbişov, Kamal Umudlu
VAR: İnqilab Məmmədov
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Namiq Əliyev
“SOCAR Polymer Arena”
22 noyabr
14:30. “Araz-Naxçıvan” - “Neftçi”
Hakimlər: Rəvan Həmzəzadə, Şirmamed Mamedov, Teymur Teymurov, Əliyar Ağayev
VAR: Fərid Hacıyev
AVAR: Vüsal Məmmədov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Elçin Mehtiyev
Şamaxı şəhər stadionu
17:00. “Kəpəz” - “Qarabağ”
Hakimlər: Rauf Cabarov, Zeynal Zeynalov, Tərlan Talıbzadə, Ruslan Quliyev
VAR: Əkbər Əhmədov
AVAR: Rəhman İmami
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: İlham Əliyev
Gəncə şəhər stadionu
