Region Liqasının iştirakçılarından “Balakən”in təşəbbüsü və dəstəyi ilə Balakən Olimpiya İdman Kompleksinin stadionunda aparılan təmir və yenilənmə işləri yekunlaşmaq üzrədir.
Sportinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi “Instagram” səhifəsində məlumat verilib.
Paylaşımda stadionda görülən işləri əks etdirən video da yayımlanıb.
Bildirilib ki, bütün işlər başa çatdıqdan sonra yenilənmiş stadionun görüntüləri ictimaiyyətə təqdim olunacaq.
Klubun əsas məqsədi Balakəndə futbolun inkişafına töhfə vermək, futbolçular və azarkeşlər üçün daha yaxşı şərait yaratmaqdır.
