“Komanda yoldaşlarıma və özümə güvənirəm. Düşünürəm ki, hər vəziyyətin öhdəsindən bacardığımız qədər yaxşı gələcəyik.
“Vikinq” də bizi nəzərə almalıdır”.
Sportinfo.az xəbər verir ki, bunu “Sabah”ın futbolçusu Eyden Makkarti Çempionlar Liqasının IV turunda Norveç təmsilçisi ilə keçiriləcək oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.
Müdafiəçi rəqibin əks-hücumlarına qarşı diqqətli olmağın vacibliyini vurğulayıb:
“Təkcə müdafiə xətti yox, bütün komanda birlikdə, vahid kollektiv kimi oynamalıdır. Hər vəziyyət fərqli həll tələb edir”.
Çempionlar Liqasında vurduğu ilk qolun ona necə təsir etməsi ilə bağlı suala isə Makkarti belə cavab verib:
“Bu, özünəinamı artırır. Belə fürsət hər kəsə tez-tez nəsib olmur. Mənim üçün əsas odur ki, bunu növbəti oyuna daşıyım və yenidən fürsət düşsə, topu qapıya göndərim. Həmçinin müdafiədə etibarlı oynamalıyıq”.
“Vikinq” – “Sabah” oyunu noyabrın 4-dən 5-nə keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
