“Kasımpaşa”nın icazə verməsindən sonra Emre Belözoğlu “Fənərbaxça”nın yeni baş məşqçisi təyin olunub.
Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisi təcrübəli mütəxəssislə razılıq əldə olunduğunu İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) açıqlayıb.
Klubun yaydığı açıqlamada Belözoğlunun həm futbolçu, həm də baş məşqçi kimi “Fənərbağça”ya xidmət etdiyi vurğulanıb və onun yenidən komandaya qayıtması münasibətilə “Yuvana xoş gəldin, Emre Belözoğlu!” sözləri qeyd olunub.
“Kasımpaşa” da yaydığı vida açıqlamasında Belözoğlu və onun məşqçilər heyətinə göstərdikləri xidmətə görə təşəkkür edib, karyeralarının növbəti mərhələsində uğurlar arzulayıb.
Belözoğlu “Beşiktaş”la oyundan sonra hakimlər barədə açıqlamalarına görə Türkiyə Futbol Federasiyasının Peşəkar Futbol İntizam Şurasına (PFDK) intizamsız şəkildə göndərilib. Mütəxəssis cəzalandırılacağı təqdirdə “Fənərbaxça” ilə Super Liqada ilk oyununa daha gec çıxa bilər.
Məlumat üçün bildirək ki, E. Belözoğlu baş məşqçi karyerasına məhz “Fənərbaxça”da başlayıb. O, komandanın sükanı arxasında olduğu 10 matçda 7 qələbə, 2 heç-heçə və 1 məğlubiyyətlə 2,30 xal ortalaması əldə edib.
Daha sonra “Başakşehir”, “Ankaragücü”, “Antalyaspor” və “Kasımpaşa”da çalışan mütəxəssis ötən mövsüm sonuncu komandanı aşağı liqaya düşməkdən xilas edib.
“Kasımpaşa” cari mövsümün geridə qalan 10 turunda 17 xal toplayaraq turnir cədvəlinin beşinci pilləsində qərarlaşıb.
