“Sabah” - “Qarabağ” oyunu təxirə salındı - Milliyə görə

02:40 Əvəzedicilər 97
“Sabah” - “Qarabağ” oyunu təxirə salındı - Milliyə görə

Əvəzedicilər Liqasının 9-cu turunda keçirilməsi planlaşdırılan “Sabah” - “Qarabağ” oyununun vaxtı dəyişdirilib.

Sportinfo.az xəbər verir ki, noyabrın 8-də baş tutmalı olan qarşılaşma Azərbaycan U-19 millisinin Avropa çempionatının elit raunduna hazırlığı ilə əlaqədar təxirə salınıb.

Bu barədə AFFA-nın müraciəti, klubların razılığı və Peşəkar Futbol Liqasının qərarı əsasında qərar verilib.

Görüşün yeni tarixi barədə əlavə məlumat veriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
3 Noyabr 18:10 Çək və bizə göndər!
3 Noyabr 05:20 Bakıda "Zəfər Kuboku"