II Liqada IX turun oyunları keçirilib.
Sportinfo.az xəbər verir ki, "Dinamo" Binə qəsəbə stadionunda "Şirvan"ı qəbul edib.
Qarşılaşma bölgə təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 22-yə yüksəldən "Şirvan" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 12 xalı olan "Dinamo" isə 6-cı yerdədir.
"Dinamo" - "Şirvan" 0:3
Qollar: E.Mirzəyev, 48, C.Cəbrayılov, 70, İ.İbrahimli, 89
Qırmızı vərəqə: R.Musayev, 85 ("Dinamo")
