Çempionlar Liqasında mübarizə aparan “Sabah” bu gün Norveçdə meydana çıxacaq.
Təmsilçimiz liqa mərhələsinin 4-cü turunda son Norveç çempionu “Vikinq”lə qarşılaşacaq.
“Bayquşlar” səfərdə özünü tək hiss etməyəcək.
Belə ki, Avropada yaşayan soydaşlarımız bu oyuna ciddi maraq göstərir. Norveç, İsveç, Finlandiya və digər ölkələrdə yaşayan kifayət qədər azərbaycanlı qarşılaşmanı stadiondan izləmək üçün bilet alıb.
Əldə etdiyimiz məlumata görə, qonaq sektorda yer alacaq azarkeşlərin sayı 300-ü ötəcək.
Bu məqamı nəzərə alan “Sabah” rəhbərliyi də soydaşlarımızı sevindirmək qərarına gəlib.
Bakıdan onlar üçün xüsusi klub şərfləri hazırlanaraq Norveçə göndərilib. Həmin atributlar oyunöncəsi azarkeşlərə paylanacaq.
Noyabrın 4-dən 5-nə keçən gecə keçiriləcək “Sabah” – “Vikinq” qarşılaşması Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ
