Həkimi olmayan rayon klubu 100 manat ödəyəcək

03:20 Hadisə 102
Həkimi olmayan rayon klubu 100 manat ödəyəcək

Azərbaycan Kubokunun II təsnifat mərhələsinin MOİK - "Şahdağ Qusar" oyununda birbaşa qırmızı vərəqə alan meydan sahiblərinin futbolçusu Zahid Mərdanov 3 oyunluq cəzalanıb, komandası isə 900 manat cərimələnib.

Sportinfo.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Oktyabrın 27-də keçirilən "Səbail" - "Zirə" görüşünün 80-ci dəqiqəsində ikinci sarı vərəqəni alan "Səbail"in futbolçusu Samuel Nonqoh bir oyunluq cəzalanıb, klubu isə 150 manat cərimə olunub. Həmin qarşılaşmada 4 futbolçusu sarı vərəqə alan "Zirə" 700 manat cəriməyə məruz qalıb.

Oktyabrın 28-də baş tutan "Şəfa" - "Ağstafa Gəncləri" oyununda həkimi olmadığı üçün "Ağstafa Gəncləri" klubu 100 manat ödəməli olacaq.

Oktyabrın 29-da "Xankəndi" - "Gəncəbasar" matçında 6 futbolçusu sarı vərəqə alan "Xankəndi" komandası 210 manat cərimə olunub. "Zəngəzur" - "Karvan-Yevlax" qarşılaşması təcili tibbi yardım avtomobilinin olmaması səbəbindən gec başladığı üçün meydan sahibləri 200 manat ziyana düşüb.

Digər Xəbərlər
Xəbər Lenti
3 Noyabr 18:10 Çək və bizə göndər!
3 Noyabr 05:20 Bakıda "Zəfər Kuboku"