CEV Çempionlar Liqasında mübarizə aparan kişi voleybolçulardan ibarət “Xilasedici” ilk oyununa çıxıb.
Sportinfo.az xəbər verir ki, ikinci təsnifat mərhələsindən mübarizəyə qoşulan təmsilçimiz bu mərhələdə Portuqaliyanın “Sporting CP Lisboa” klubu ilə qarşılaşıb.
Bakıda, FHN-in idman zalında təşkil olunan maraqlı və gərgin mübarizə şəraitində keçən görüşdə rəqib komanda 3:2 hesabı ilə qələbə qazanıb.
Komandalar arasında cavab oyunu noyabrın 11-də Portuqaliyada keçiriləcək.
”Xilasedici” -”Sporting CP Lisboa” 2:3 (23:25, 25:19, 25:23, 23:25, 10:15)
