Misli Premyer Liqasında mövsümün 150-ci qolu qeydə alınıb.
Sportinfo.az xəbər verir ki, bu, 10-cu turun “Sumqayıt” – “Şəfa” oyununa təsadüf edib.
Matçın 31-ci dəqiqəsində hesabı açan “Şəfa”nın fransalı yarımmüdafiəçisi Musa Quel mövsümdə 10-ci qola imza atıb. Qarşılaşma 1:1 hesablı heç-heçə yekunlaşıb.
Beləliklə, mövsümün ilk 10 turunda ümumilikdə vurulan qol sayı 151-ə çatıb. 58 görüşün baş tutduğunu nəzərə alsaq, orta hesabla hər oyuna 2,6 qol düşür.
Komandalar ümumilikdə 148 qol və 3 avtoqola seviniblər. Bu toplardan 118-i əcnəbilərin, 30-u yerlilərin payına düşüb.
Qeyd edək ki, mövsümdə 100-cü qol da “Şəfa”nın oyununda qeydə alınmışdı. Debütantın 8-ci turda “Şamaxı” ilə səfər matçında ev sahiblərinin portuqaliyalı müdafiəçisi Jota fərqlənərək 100-cü qolun müəllifi olmuşdu.
