Azərbaycan klubunun başqanı bu transferin gizli tərəfini açdı

01:10 Sabah 240
Azərbaycan klubunun başqanı bu transferin gizli tərəfini açdı

“Sabah”ın prezidenti Maqsud Adıgözəlov komandanın polşalı müdafiəçisi Timoteuş Puxaç haqqında diqqətçəkən açıqlamalar verib.

Sportinfo.az Polşanın mediasına istinadən xəbər verir ki, klub rəhbəri müsahibəsində 27 yaşlı futbolçunun həm meydandakı, həm də meydandan kənardakı davranışından razılığını ifadə edib.

“Timoteuş fantastik futbolçu və çox xoş xasiyyətli gəncdir. Amma hər şeydən əvvəl onu əsl peşəkar adlandırardım.

Mən futbolçuları yalnız oyunlarda deyil, meydandan kənarda da müşahidə edirəm. Onların komanda yoldaşları ilə ünsiyyətinə, məşqlərdə, asudə vaxtlarında və idman zalında davranışlarına, işlərinə nə dərəcədə ciddi yanaşdıqlarına diqqət yetirirəm.

Bu baxımdan Timoteuş məndə çox böyük təəssürat yaradıb. Əminliklə deyə bilərəm ki, o, sözün əsl mənasında peşəkardır”, – deyə Adıgözəlov bildirib.

Klub prezidenti Puxaçın “Sabah”a keçidinin maraqlı tarixçəsindən də danışıb.

Onun sözlərinə görə, futbolçu Azərbaycan təmsilçisinə qoşulmazdan əvvəl Polşanın “QKS Katovitse” komandası ilə müqavilə imzalamağa çox yaxın olub.

“Bəzən futbolda elə hadisələr baş verir ki, onları yalnız məntiqlə izah etmək çətindir. Sanki müəyyən məqamda bütün ulduzlar düzülür.

Burada başqa maraqlı detal da var. Bildiyimə görə, polyak dilində “Puxaç” bayquş növlərindən birinin adıdır.

Bayquş isə “Sabah”ın simvoludur. Deməli, bu transferdə bir qədər mistik məqam da var. Bəlkə də Timoteuşun bizim komandaya qoşulması onun taleyində var idi”, – deyə klub prezidenti vurğulayıb.

Puxaç 2025-ci ildə “Sabah”a qoşulub. O, Bakı təmsilçisi ilə Azərbaycan çempionluğu və ölkə kubokunu qazanıb, həmçinin UEFA Çempionlar Liqasının əsas mərhələsinə yüksəlib.

Digər Xəbərlər
Xəbər Lenti
3 Noyabr 18:10 Çək və bizə göndər!
3 Noyabr 05:20 Bakıda "Zəfər Kuboku"